Ayxan Abbasov AFFA-nın şərtini qəbul etmədi

Xəbərlər
24 Sentyabr 2025 16:08
90
Ayxan Abbasov AFFA-nın şərtini qəbul etmədi

U-21-in baş məşqçisi Ayxan Abbasov AFFA-nın irəli sürdüyü ilkin şərtlə razılaşmayıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, ölkənin ali futbol qurumunun rəhbərliyi Abbasovdan müvəqqəti olaraq baş məşqçi kimi milli yığmanı qarşıdakı oyunlara çıxartmasını istəyib.

Ancaq baş məşqçi "müvəqqti" statusla barışmaq istəmir. O, AFFA rəsmiləri ilə söhbətdə bildirib ki, tam əsasla müqavilə bağlansa, bu ağır yükün altına girə bilər.

44 yaşlı mütəxəssis onu da vurğulayıb ki, 4 oyunda əsas millinin "sükanı arxasında" olacağı təqdirdə U-21-ə diqqət yetirə bilməyəcək. Bu da son vaxtlar ümid millisində görülən işlərin yarımçıq qalması deməkdir.

Qeyd edək ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra millinin "sükanı" Ukrayna ilə matçda Ayxan Abbasova tapşırılmışdı.

İdman.biz