UEFA Avropa Liqası: "Roma", "Braqa" və "Frayburq"un zəfəri - VİDEO

25 Sentyabr 2025 01:10
289
UEFA Avropa Liqası: "Roma", "Braqa" və "Frayburq"un zəfəri - VİDEO

UEFA Avropa Liqasının Liqa mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk olaraq "Midtyulland" "Şturm Qrats"la, PAOK isə "Makkabi Tel-Əviv"lə üz-üzə gəlib.

"Midtyulland" öz meydançasında 2:0 hesabı ilə qalib gəlib. Yunanıstanda keçirilən qarşılaşmada isə hesab açılmayıb - 0:0.

İstanbulun “Fənərbaxça” klubu Xorvatiyada “Dinamo Zaqreb”in qonağı olub. Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

"Frayburq" İsveçrə "Bazel"ini qəbul edib. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

Serbiyada "Srvena Zvezda" Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb. Qarşılaşma heç-heçəylə qurtarıb - 1:1.

"Betis" İspaniyada "Nottingem Forest"i qonaq edib. Görüşdə hesabı 15-ci dəqiqədə "Betis"dən Bakambu açıb - 1:0.

18-ci dəqiqədə İqor Jezus cavab topunu vurub - 1:1. 23-cü dəqiqədə isə Jezus komandasını irəli çıxarıb - 1:2. İlk yarı bu hesabla bitib. İkinci hissədə 85-ci dəqiqədə Antoni vurduğu qolla oyunda yekun hesabı müəyyən edib - 2:2.

Fransada isə "Nitsa" ilə "Roma" üz-üzə gəliblər. Bu oyunda da ilk hissədə heç kim fərqlənməyib - 0:0.

İkinci hissədə "Roma"lı Ndika 52-ci dəqiqədə hesabı açıb - 0:1.

Daha sonra romalılar ikinci topu meydan sahiblərinin qapısından keçiriblər - 0:1. Bunu 55-ci dəqiqədə Mançini edib.

77-ci dəqiqədə Moffi penaltidən buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2. Oyunda başqa qol vurulmayıb.

İsveçin "Malmö" klubu Bolqarıstanın "Ludogorets"ini sınağa çəkib. İlk hissənin 8-ci dəqiqəsində Staniç penaltidən meydan sahiblərinin qanını qaraldıb - 0:1. 23-cü dəqiqədə Bile hesab arasındakı fərqi artırıb.

İkinci hissədə Yonsen 78-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib - 1:2. Görüş bu hesabla bitib.

"Braqa" isə Portuqaliyada "Feyenoord"la rastlaşıb. Bu komandaların oyununda birinci hissədə qapılardan qol keçməyib.

İkinci hissədə 79-cu dəqiqədə "Braqa"lı Navarro oyunda yeganə topu vurub - 1:0.

Qeyd edək ki, ilk turun qalan 9 oyunu sabah keçiriləcək.

İdman.Biz