Kamal Umudlu Avropa çempionatının 3 oyununa təyinat aldı

Xəbərlər
24 Sentyabr 2025 13:23
43
Kamal Umudlu Avropa çempionatının 3 oyununa təyinat aldı

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

İdman.biz xəbər verir ki, hakim 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.

O, həmçinin oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

İdman.biz