UEFA C kursunun sonuncu mərhələsi Naxçıvanda - FOTO

Xəbərlər
23 Sentyabr 2025 16:59
27
UEFA C kursunun sonuncu mərhələsi Naxçıvanda - FOTO

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun dördüncü - sonuncu mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, məşqçilər üçün yazılı və şifahi imtahanlardan öncə ilkin tibbi yardım mövzusunda Naxçıvan Dövlət Universitetinin tibb kafedrasında təşkil olunmuş seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.

Məşqçilərə uğurlar arzulayan NFF nümayəndələri əməkdaşlığa və Naxçıvan futboluna göstərilən xüsusi diqqətə görə AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Futbolun kütləviliyi və inkişafı naminə bu əməkdaşlığın gələcəkdə də davamlı olacağı vurğulanıb.

İdman.biz