“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ”dan bunun əvəzini çıxmağa çalışacağıq”

Xəbərlər
23 Sentyabr 2025 17:40
41
“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ”dan bunun əvəzini çıxmağa çalışacağıq”

“Belə nəticələr bizim motivasiyamıza təsir göstərə bilməz. Əksinə, daha da güclənməyimiz üçün stimul olur. İnşallah, “Qarabağ”la növbəti oyunda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”.

İdman.biz xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ömər Buludov deyib.

26 yaşlı müdafiəçi oyunu dəyərləndirib: “Matç kifayət qədər ağır keçdi. Hamıya bəllidir ki, “Qarabağ” Azərbaycan futbolunun ən güclü komandasıdır. Biz meydançaya qələbə qazanmaq məqsədilə çıxdıq, ancaq istədiyimiz alınmadı. Təəssüf ki, böyük hesablı – 0:5 nəticəsi qeydə alındı. İndi artıq bu məğlubiyyəti arxada qoymalı və qarşıdakı görüşlərə fokuslanmalıyıq”.

Buludov növbəti tur barədə də danışıb: “Qarşıda bizi “Şamaxı” ilə səfər oyunu gözləyir. Yaxşı hazırlaşıb, mütləq 3 xal qazanmaq istəyirik. Düzdür, orada süni örtüklü meydan var və bu, müəyyən qədər çətinlik yarada bilər. Amma bizə mane olacaq heç bir amil olmamalıdır. Əsas məsələ fikrimizi tam şəkildə qələbəyə yönəltməkdir”.

İdman.biz