“Karvan-Yevlax” komandasının qış təlim-məşq toplanışının detalları müəyyənləşib.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.
Bölgə təmsilçisinin toplanışda iki yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.
Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
