"Barselona" prezidentindən "Qızıl top" mərasimindən sonra Yamala DƏSTƏK

Xəbərlər
23 Sentyabr 2025 17:51
34
"Barselona" prezidentindən "Qızıl top" mərasimindən sonra Yamala DƏSTƏK

“Barselona” prezidenti Joan Laporta “Qızıl Top” mükafatının nəticələrinə reaksiya verib.

İdman.biz xəbər verir ki, mərasimdə Usman Dembele nüfuzlu trofey qazandığı halda, 18 yaşlı Lamin Yamal ikinci yerə layiq görülüb.

Eyni zamanda, gənc vinger ardıcıl olaraq ikinci dəfə Kopa Kubokunu qazanıb.

Laporta bildirib ki, heç kimin iki Kopa mükafatı yoxdur və o, əmindir ki, Yamal indi “Qızıl Top” uğrunda mübarizə aparacaq: “Zalda böyük həyəcan vardı: bir tərəf “Usman, Usman!” deyirdi, biz isə “Lamin, Lamin!” qışqırırdıq. Əminəm ki, bu, onu daha da motivasiya edəcək”.

Prezident xüsusi olaraq Aitana Bonmatiyə də diqqət ayırıb: "O, ardıcıl üçüncü dəfə qadınlar arasında “Qızıl Top”u qazanıb. Aitana üçün çox sevinirəm. Onun ailə, klub və bərabərlik haqqında söylədiyi sözlər ruhumuza toxundu. Bu səbəblər onu daha da yaxşı olmağa həvəsləndirir”.

Laporta həmçinin azarkeşlərə komandaya dəstək və inam göstərdikləri üçün təşəkkürünü bildirib və vurğulayıb ki, “Barselona” dünya futbolunda üstünlük qazana biləcək yeni nəsil oyunçular yetişdirir.

İdman.biz