Fransa çempionatının 17-ci matçında “Lans” səfərdə “Tuluza”nı 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlində birinci yerdə möhkəmlənib.
İdman.Biz bildirir ki, hesabı 57-ci dəqiqədə Uesli Said açıb. 85-ci dəqiqədə Adrian Tomasson uğurlu sonluq etdi, 90-cı dəqiqədə isə Pyer Qaniu cərimə meydançasından güclü zərbə ilə qələbəni təmin edib.
Bu matçdan sonra “Tuluza” doqquzuncu yerdə qalıb, “Lans” isə qələbə seriyasını uzadaraq ikinci yerdəki PSJ üzərində üstünlüyünü dörd xala çatdırdı.
