Rikardo Fernandes: "Qarabağ"ın missyası çətin olacaq"

Xəbərlər
16 Sentyabr 2025 17:24
41
Rikardo Fernandes: "Qarabağ"ın missyası çətin olacaq"

"Benfika" evdə çox güclü komandadır. Həmişə dolu tribunalar önündə oynayırlar".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardo Fernandes deyib.

30 yaşlı portuqaliyalı qolkiper UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Benfika" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qarabağ"ın missyası çətin olacaq. Amma futbol sürprizlərlə doludur. Çətinliklərə baxmayaraq hər şey ola bilər. Bu, Liqa mərhələsinin ilk matçıdır. Hamı xalla başlamaq istəyir. Mən inanıram ki, "Benfika" ən yaxşı "11-lik"lə meydana çıxacaq və qarşılaşmaya sürətli başlayacaq".

Fernandes "Benfika"nın görüşdə favorit olduğunu söyləyib: "Qarabağ" təzyiqi hiss etməsə, nəticə əldə edə bilər. Komanda ilk növbədə rəqibin hücumlarının qarşısını almalı və özünə inanmalıdır".

Qeyd edək ki, bu gün Lissabondakı "Eştadiu da Luş" stadionunda təşkil edəcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman.biz