Junior Martinsin hədəfi: “Ciddi mübarizə aparacağıq” - MÜSAHİBƏ

Müsahibə
16 Sentyabr 2025 16:11
39
Junior Martinsin hədəfi: “Ciddi mübarizə aparacağıq” - MÜSAHİBƏ

“Zirə”nin hücumçusu Junior Martinsin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 4-cü turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdiniz. Matç barədə fikirləriniz necədir?

– Komandamız üçün çox yaxşı oyun oldu. Bilirdik ki, güclü komandaya qarşı çətin matç olacaq, amma əla performans göstərdik və doğru yoldayıq.

– Bu matç sizə motivasiya verəcək?

– Düşünürəm ki, hər matçda yaxşı nəticə bizim üçün əsas hədəfdir.

– “Zirə” mövsümə yaxşı start götürdü və xallar topladı. Bu gedişi davam etdirə biləcəksiniz?

– Bəli, əlbəttə. Hədəfimiz çempionatın sonunda lider olmaqdır və bunun üçün ciddi mübarizə aparacağıq.

– Hər kəs düşünür ki, “Zirə” bu mövsüm yaxşı futbol oynayır və mövsümün sonunda yüksək yerlər tuta bilər. Bu fikirlə razısınızmı?

– Komandamız həqiqətən yaxşı çıxış edir və mövsümə yaxşı start verdik. Mövsümün sonunda titul qazanmaq üçün çalışmaqda davam edəcəyik.

– Növbəti oyununuz “Şamaxı” ilə olacaq. Bu oyunda qalib gələ biləcəksinizmi?

– Yenə çətin bir matç olacaq, amma qalib gəlmək üçün yaxşı hazırlaşacağıq.

İdman.biz