Abdulla Xaybullayev: "Bundan razı qaldığımızı demək çətindir"

Xəbərlər
16 Sentyabr 2025 12:37
33
Abdulla Xaybullayev: "Bundan razı qaldığımızı demək çətindir"

"Hər iki komanda qalib gəlmək istəyirdi. Bərabərsəviyyəli oyun oldu. Fikrimcə, yekun nəticə əldalətli idi".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayev deyib.

24 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə matçda bir xal qazanmasını şərh edib: "Meydana qələbə üçün çıxmışdıq. Oyuna əsaslansaq, bir xal qazandığımızı deyə bilərəm. Amma bundan razı qaldığımızı demək çətindir". Yaxşı komandamız var. Fikrimcə, bu komandanın potensialı ən yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir. İnanıram ki, belə də olacaq. Hər birimiz bunun üçün çalışırıq. Növbəti turda rəqibimiz "Turan Tovuz"dur. Hazırda çox yaxşı formadadırlar. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, çempionatda heç bir oyun asan keçmir. Çox güman bu matç da istisna olmayacaq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı oyundan 3 xalla ayrılaq və azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, ötən bazar baş tutan "Neftçi" - "Sabah" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.

İdman.biz