UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika" - "Qarabağ" oyunu başa çatıb. İdman.biz bildirir ki, Ağdam klubu möhtəşəm geridönüş edərək oyunda 3:2 hesabı ilə tarixi qələbə qazanıb.
Bu, "Qarabağ"ın, ümumilikdə isə Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsidir.
Qeyd edək ki, "Qarabağ" tarixində ikinci dəfə olara Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
00:45
"Qarabağ" "Benfika" ilə oyunda irəli çıxıb. İdman.biz bildirir ki, qolu 86-cı dəqiqədə Kaşuk vurub.
00:08
"Qarabağ" "Benfika" ilə oyunda hesabı bərabərləşdirib. İdman.biz xəbər verir ki, bərabərlik qolunu 48-ci dəqiqədə Kamilo Duran vurub.
00:04
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
İdman.biz xəbər verir ki, hazırda ev sahibləri 2:1 hesabı ilə irəlidədirlər.
23:49
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
İdman.biz bildirir ki, komandalar fasiləyə 2:1 hesabı ilə yollanıblar.
23:34
30-cu dəqiqədə "Qarabağ" hesab arasındakı fərqi azaldır. İdman.biz bildirir ki, Andrade fərqlənib.
23:19
"Benfika" klubu "Qarabağ"la oyunda hesab arasındakı fərqi artırıb. İdman.biz bildirir ki, 16-cı dəqiqədə Pavlidis fərqlənib - 2:0.
23:11
"Benfika" "Qarabağ"la oyunda irəli çıxıb. İdman.biz xəbər verir ki, Barreneçea meydan sahiblərini irəli çıxarıb - 1:0.
23:00
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə start verib.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyada "Benfika"nın qonağıdır.
Lissabon şəhərindəki "Da Luj" stadionundakı saat 23:00-da başlayıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
Qollar: Barreneçea (6), Pavlidis (16); Andrade (30), Duran (48), Kaşuk (86)
Baş hakim: Erik Lambrexts (Belçika)
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges (K), Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
"Benfika": Anatoliy Trubin, Antonio Silva, Enço Barrenеçеа, Fredrik Eursnes, Georgi Sudakov, Vangelis Pavlidis, Amar Dediç, Riçard Rios, Andreas Şelderup , Samuel Dal, Nikolas Otamendi (K)
Baş məşqçi: Bruno Laji
Lissabon, "Da Luj" stadionu
İdman.biz
