Messinin kolleksiya kartı REKORD QİYMƏTƏ satılıb - FOTO

Xəbərlər
15 Sentyabr 2025 15:15
40
Messinin kolleksiya kartı REKORD QİYMƏTƏ satılıb - FOTO

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin sabiq klubu "Barselona"da debüt etdiyi 2004/2005 mövsümündə hazırlanmış ilk rəsmi kartı onlayn hərraca çıxarılıb.

İdman.biz xəbər verir ki, kolleksiya kartı 1,5 milyon dollara satılıb.

Bu, futbol kartı üçün indiyədək ödənilən ən yüksək məbləğdir. Bundan əvvəlki rekord 1,33 milyon dollar olub. Həmin məbləğ 2022-ci ildə futbol əfsanəsi braziliyalı Pelenin təsviri olan karta görə ödənilmişdi.

Qeyd edək ki, 2004-cü ildə Messi “Barselona”nın əsas komandasında rəsmi oyunlarda debüt etmişdi. Gələcək superulduzların debüt mövsümünə aid kartlar ənənəvi olaraq kolleksiyaçılar arasında xüsusi dəyər qazanır.

İdman.biz