Azərbaycan yığmasında oynayan futbolçu Superliqa klubunda

Xəbərlər
12 Sentyabr 2025 12:04
57
Azərbaycan yığmasında oynayan futbolçu Superliqa klubunda

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Samet Karakoç Superliqa klubu ilə anlaşıb.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, müdafiəçi Türkiyənin "Antalyaspor" komandası ilə müqavilə imzalayıb.

Buna qədər "Batman Petrolspor"un formasını geyinmiş 22 yaşlı futbolçu mövsümün sonuna qədər Superliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Karakoç buna qədər "Bayrampaşaspor", "Qəbələ", "Isparta 32" klublarında oynayıb.

İdman.biz