“Əgər istək və xarakter varsa, vuruşacaqsan. Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. Ona görə də hər oyuna çıxıb bunu etmək lazımdır”.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Futbolçu qazanılan bir xalın gələcək oyunlar üçün yüksək motivasiya yaradacağını qeyd edib: “Uduzmayan rəqib yoxdur. Sadəcə istək lazımdır. Qələbə qazanmasaq da, bir xal əldə etdik. Ağır oyun keçdi. Bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmalıyıq. Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb qələbələr qazanacağıq”.
Qeyd edək ki, Azərbaycan - Ukrayna millilərinin görüşü 1:1 hesabı ilə bitib.
İdman.biz