İspaniya millisinin baş məşqçisi: Pedri öz mövqeyində ən yaxşıdır

Xəbərlər
8 Sentyabr 2025 19:24
44
İspaniya millisinin baş məşqçisi: Pedri öz mövqeyində ən yaxşıdır

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Barselona" və millinin yarımmüdafiəçisi Pedri barədə fikirlərini bölüşüb.

İdman.biz bildirir ki, məşqçi gələcəkdə Pedrinin "Qızıl top"u almaq şansları haqda danışıb.

"Təəssüf ki, bütün futbol tarixi boyu ispanlara qarşı ədalətsizlik olub - İnyesta, Xavi və ya Xabi Alonsoya qarşı olduğu kim. İndi bizdən Lamin Yamal və Fabian Ruis namizəd göstərilib, lakin Pedri, Merino, Subimendi... təsəvvür edə biləcəyiniz hər kəs də orada olmalıdır. Pedri isə öz mövqeyinə görə dünyanın ən yaxşısıdır, bu belədir", - de la Fuente bildirib.

Xatırladaq ki, 2024-cü ildə "Qızıl top"un qalibi İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri olub.

İdman.biz