Rusiyalı futbolçu "Beşiktaş"a keçməyəcək

Xəbərlər
8 Sentyabr 2025 19:54
43
Rusiyalı futbolçu "Beşiktaş"a keçməyəcək

"Beşiktaş"la Rusiya MOİK-nın yarımmüdafiəçi Matvey Kislyakla bağlı danışıqlar aparması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

İdman.biz Rusiya mediasına istinadən bildirir ki, ordu komandası oyunçunu 30 milyon avroya qiymətləndirdiyi üçün Kislyak 10 milyin avroya İstanbul klubuna keçməyəcək.

Kislyakın "Beşiktaş"a keçməkdə maraqlı olması ilə bağlı məlumatlar da həqiqətə uyğun deyil. Daha əvvəl Türkiyə mətbuatı İstanbul klubunun MOİK-ə 20 yaşlı yarımmüdafiəçinin transferi üçün gələcək satış faizi ilə birlikdə 10 milyon avroluq təklif göndərdiyini yazıb.

Xatırladaq ki, Kislyak bu mövsüm o, ordu komandasının heyətində bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt internet portalı yarımmüdafiəçinin bazar dəyərini 8 milyon avro qiymətləndirir.

İdman.biz