Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
İdman.biz xəbər verir ki, bu barəfə AFFA-nın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.
O bildirib ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da olacaq.
İdman.biz