"Liverpul" və "Çelsi"nin hədəfində olan vinqer qərarını açıqlayıb

Xəbərlər
7 Sentyabr 2025 21:08
46
"Liverpul" və "Çelsi"nin hədəfində olan vinqer qərarını açıqlayıb

"Lion"un 20 yaşlı futbolçusu yay transfer pəncərəsində "Liverpul" və "Çelsi"yə mümkün keçidi ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, belçikalı vinqer hazırda ən doğru addımın "Lion"da qalmaq olduğunu deyib: "Mənimlə "Liverpul" və "Çelsi" maraqlanırdı, amma kifayət qədər dəqiq təklif olmadı. Transfer barədə düşündüm, indi əsas məsələ çox oyun vaxtı almaqdır. Bu isə "Lion"da mümkündür. 2026-cı ilə keçiriləcək dünya çempionatında oynamaq istəyirəm, amma hələ çox şeyi sübut etməliyəm.

Mən inkişaf edirəm, daha qətiyyətli oynayıram. Sakitliyimi qoruyuram və mətbuata fikir vermirəm. Sadəcə sevdiyim işi görürəm – rəqibləri aldatmaq və qol vurmaq" – deyə futbolçu vurğulayıb.

İdman.biz