Türkiyə klubunda oynayan yığmamızın futbolçusu: "Hədəfim Avropada oynamaqdır"

Xəbərlər
7 Sentyabr 2025 21:33
49
Türkiyə klubunda oynayan yığmamızın futbolçusu: "Hədəfim Avropada oynamaqdır"

Azərbaycanın U-21 yığma komandasının futbolçusu Həsən Nəzərli Sportal.az saytına açıqlama verib.

İdman.biz xəbər verir ki, "Ankaragücü"nə məxsus olan 18 yaşlı yarımmüdafiəçi Azərbaycan klublarından təklif aldığını bildirib.

O, hədəflərinin Avropada oynamaq olduğunu söyləyib: "Bəli, Azərbaycan klublarından təkliflərim olub. Amma hər kəsin hədəfi Avropada oynamaqdır. Mən də bunun üçün çalışıram. Avropada oynamaq istəyirəm. Bu, indiki hədəfimdir. Amma alınsa, oradan da dünyanın top-5 liqalarından birinə yollanmaq istəyərəm. Onu da zamanla görəcəyik. Təbii ki, bunlar hamısı hədəflərimdir. Daim oynayaraq, məşq edərək həmin yerlərə gəlmək istəyirəm".

Qeyd edək ki, "Ankaragücü"də yetişən həmyerlimizlə peşəkar müqavilə bu il imzalanıb. Amma onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

İdman.biz