PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

24 Oktyabr 2026 00:34
103
PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

Fransa Liqa 1-də PSJ və “Lion” arasında keçiriləcək qarşılaşmanın vaxtı dəyişdirilib. Paris təmsilçisi oktyabrın 26-da rəqibini qəbul edəcək.

İdman.Biz Fransa Peşəkar Futbol Liqasına (LFP) istinadən xəbər verir ki, əvvəlcə oktyabrın 25-də saat 20:45-ə təyin olunan görüş Paris Polis Prefekturasının qərarı əsasında bir gün sonraya keçirilib.

LFP-nin açıqlamasına görə, polis orqanı matçın əvvəlcədən müəyyənləşdirilmiş tarixdə təşkilini qadağan edib. Bununla əlaqədar Liqa 1+ yayım platforması ilə razılıq əldə olunub və qarşılaşmanın oktyabrın 26-da saat 20:30-da başlanması qərara alınıb. Oyun Liqa 1+ vasitəsilə canlı yayımlanacaq.

Təqvimdəki dəyişiklik PSJ üçün maraqlı statistikanı da gündəmə gətirib. Belə ki, Paris klubu bazar ertəsi keçirdiyi son iki rəsmi matçda məğlubiyyətlə üzləşib.

Luis Enrikenin komandası 2025-ci ilin sentyabrında Liqa 1 çərçivəsində səfərdə “Marsel”ə 0:1 hesabı ilə uduzub. 2026-cı ilin yanvarında isə Fransa Kubokunda doğma meydanda “Paris” klubuna eyni hesabla məğlub olub.

Beləliklə, PSJ “Lion”la görüşdə bazar ertəsi oyunlarında ardıcıl üçüncü məğlubiyyətdən yayınmağa çalışacaq.

İdman.Biz