20 ildən sonra PSJ ilə yollarını ayırdı

Xəbərlər
7 Sentyabr 2025 23:20
62
20 ildən sonra PSJ ilə yollarını ayırdı

PSJ-nin müdafiəçisi Prensel Kimpembe 20 ildən sonra Paris klubunu tərk edib.

İdman.biz xəbər verir ki, fransalı futbolçu karyerasını "Qətər" klubunda davam etdirəcək.

Klubun mətbuat xidməti 30 yaşlı mərkəz müdafiəçisinin "Qətər"lə 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Kimpembe 2005-ci ildə PSJ akademiyasına qoşulub. O, əsas komandada 241 rəsmi oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.