“Xankəndi” İkinci Liqada tarixi debüt edib

Xəbərlər
7 Sentyabr 2025 20:07
44
“Xankəndi” İkinci Liqada tarixi debüt edib

"Xankəndi" Futbol Klubu İkinci Liqadakı ilk mövsümünə möhtəşəm qələbə ilə başlayıb. Binə qəsəbə stadionunda “Dinamo”nun qonağı olan komanda rəqibini 4:0 hesabı ilə məğlub edib. Bu barədə İdman.biz xəbər verir.

Qarşılaşmada Elməddin Hüseynzadə, Sərxan Ağayev, Tural Qurbatov və Bəhruz Teymurov vurduqları qollarla yadda qalıblar. Bu qələbə yalnız üç xal deyil, həm də “Xankəndi”nin yeni tarixi və yolunun başlanğıcı kimi dəyərləndirilir.

Qeyd edək ki, ilk oyundakı inamlı çıxış azarkeşlərdə böyük ümid və qürur yaradıb. Komandanın Mətbuat Xidməti sadiq fanatlara dəstəyə görə təşəkkür edib və bildirib ki, qarşıda yeni sınaqlar olsa da, artıq hamıya bəllidir: “Xankəndi” qalib olmaq üçün gəlib.

İdman.biz