"Şahdağ Qusar" özünə yeni baş məşqçi tapıb

Xəbərlər
5 Sentyabr 2025 15:49
46
"Şahdağ Qusar" özünə yeni baş məşqçi tapıb

I Liqanın debütantı "Şahdağ Qusar"a yeni baş məqşçi təyin edilib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin sabiq futbolçusu Elnur Abdullayev bu vəzifəyə gətirilib.

Mehman Səfərov və Əlimirzə Daşzərini onun köməkçiləri kimi fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın qalibi olub.

İdman.biz