“Beşiktaş” “Liverpul”un hücumçusu Federiko Kyeza ilə maraqlanır.
İdman.biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, son iki gün ərzində İstanbul klubunun rəsmiləri Premyer Liqa nəhəngi ilə əlaqə saxlayaraq mümkün transferə münasibətini öyrəniblər.
Lakin “Liverpul” icarə variantını istisna edib və yalnız tam transferi nəzərdən keçirməyə hazır olduqlarını deyiblər. Kyeza isə hələlik bu barədə mövqeyini açıqlamayıb.
Qeyd edək ki, cari mövsümdə forvard “qırmızılar”ın heyətində 3 oyun keçirib və 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt onun bazar dəyərini 14 milyon avro civarında qiymətləndirir.
İdman.biz