Nəriman Axundzadə millinin heyətindən çıxarılıb - VİDEO

Xəbərlər
7 Sentyabr 2025 11:23
69
Nəriman Axundzadə millinin heyətindən çıxarılıb - VİDEO

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

İdman.biz