Kriştiano Ronaldo Yerevanda 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə vurduğu iki qolla millinin heyətində şəxsi rekordunu 140 qola çatdırıb.
İdman.biz-in məlumatına görə, portuqaliyalı ulduz matçın 21 və 46-cı dəqiqələrində fərqlənib. Oyun 5:0 Portuqaliyanın xeyrinə qurtarıb.
Ronaldonun göstəricisi dünya futbol tarixində ən yaxşı nəticədir. Onun ən yaxın təqibçisi argentinalı Lionel Messinin millidə vurduğu qolların sayı 114-dür.
Klubdakı çıxışlarını nəzərə alsaq, Ronaldonun ümumi qollarının sayı artıq 942-yə çatıb.
İdman.biz