Rafinya Disneyland işçilərini irqçilikdə ittiham edib - VİDEO

Xəbərlər
6 Sentyabr 2025 22:31
43
Rafinya Disneyland işçilərini irqçilikdə ittiham edib - VİDEO

"Barselona"nın və Braziliya millisinin hücumçusu Rafinya sosial şəbəkədə ailəsinin Paris Disneylendində irqçiliklə üzləşdiyini iddia edib.

İdman.biz xəbər verir ki, futbolçunun sözlərinə görə, animator onun oğlu ilə oynamaqdan imtina edib.

Rafinha sosial şəbəkədə yazıb: "Sizin işçiləriniz biabırçılıqdır. İnsanlarla, xüsusən də uşaqla belə davranmamalıdırlar. Uşaqları sevindirməli, onlara nifrətlə baxmamalıdırlar. Niyə onlar bütün ağ uşaqları qucaqladılar, mənim oğlumu isə yox? Mən Paris Disneylendinə nifrət edirəm. Oğlum sadəcə salam verib qucaqlamaq istəyirdi. Sizin xoşbəxtliyinizdən o bunu başa düşmür".

Futbolçu əlavə edib ki, belə münasibəti nifrətin təzahürü hesab edir və bu cür davranış əyləncə parkının işçiləri üçün yolverilməzdir.

İdman.biz