"Neftçi" cari ilin əvvəlində "Baltika"dan icarəyə götürdüyü Aleks Fernandesdən gözləmədiyi cavabı alıb.
İdman.biz Sport.az-a istinadən xəbər verir ki, bakılılar braziliyalı vingerin transfer hüququna yiyələnmək istəsə də, o, müqavilə imzalamaqdan imtina edib.
"Sambaçı" başqa variantları nəzərdən keçirdiyini deyərək, "ağ-qaralar"ın çağırışına eyni reaksiyanı göstərməyib.
Halbuki "Baltika" Aleks Fernandes lə yollarını ayırmağa hazırdır. Rusiya klubu Bakıdan aldığı sorğuya müsbət cavab verib.
Kalininqrad təmsilçisi braziliyalı legionerin "ağ-qaralar"ın tamhüquqlu üzvü olmasına etiraz etmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Razılaşma üzrə 2025-ci ilin sonunadək "ağ-qaralar"ın formasını geyinməli olan yarımmüdafiəçi indi seçim qarşısındadır: ya azad agent statusu ilə yeni müqavilə imzalamalı, ya da əvəzedici heyətin məşqlərinə qatılıb, il başa çatanadək orada qalmalı, sonra da çıxıb getməlidir.
Bakılıların məqsədi iştirak ərizəsində artıq yer tutulmasının qarşısını almaqdır. Adıçəkilən vingerin icarə kontraktı qışda bitəcəyindən, klubda mövsümün ikinci yarısıyla bağlı narahatlıq var.
"Neftçi" tərəfi düz düşünür: əgər legioner çempionatın gedişində geri qayıdacaqsa, niyə onu Peşəkar Futbol Liqasına sifariş eləyib, iştirak ərizəsində yer sayyını məhdudlaşdırsın?
Hazırda düşərgədə 16 legionerin olmasını nəzərə alan «ağ-qaralar» bu sayı 13-ə endirməyi düşünür. O üzdən Aleks Fernandes hələlik iştirak ərizəsindən kənarda qalıb.
İdman.biz