PSJ Dembelenin yığma komandanın oyununda zədələnməsindən qəzəblənib

Xəbərlər
6 Sentyabr 2025 08:04
49
PSJ Dembelenin yığma komandanın oyununda zədələnməsindən qəzəblənib

"PSJ"nin ulduz futbolçusu, fransalı hücumçu Usman Dembele Fransa millisinin Ukrayna ilə seçmə mərhələdəki oyununda zədələnib.

İdman.biz xəbər verir ki, qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"L'Equipe"in məlumatına görə, PSJ rəhbərliyi əsas hücumçunun zədələnməsindən hiddətlənib. Qeyd olunur ki, parislilərin tibbi heyəti millinin məşqçilər korpusuna futbolçunun çox yorğun olduğunu və zədə riskinin yüksək olduğu üçün Ukrayna ilə oyunda iştirak etməməli olduğunu daha öncədən çatdırıblar.

Buna baxmayaraq, Dembele matçın ikinci hissəsində meydana çıxıb, daha sonra 81-ci dəqiqədə bud nahiyəsindən zədələnərək əvəzlənib.

Xatırladaq ki, seçmə mərhələdə Azərbaycanla eyni qrupda yer alan Fransa millisi növbəti oyununu sentyabrın 9-da İslandiyaya qarşı keçirəcək.

İdman.biz

Məqalədə: