Paraqvay prezidenti yığmanın uğurundan sonra milli bayram elan edib

Xəbərlər
5 Sentyabr 2025 20:24
46
Paraqvay prezidenti yığmanın uğurundan sonra milli bayram elan edib

Paraqvay millisi Ekvadorla heç-heçə edərək (0:0) DÇ-2026-ya vəsiqəni təmin edib.

İdman.biz xəbər verir ki, bu nəticə komandaya 2010-cu ildən sonra ilk dəfə olaraq planetin əsas futbol turnirinə qayıtmağa imkan verib.

Tarixi nailiyyətin şərəfinə ölkə prezidenti Santyaqo Penya sentyabrın 5-ni rəsmi istirahət günü elan edib. "Son 16 ildir ki, Dünya Kubokunda himnimizi səsləndirmirik. Bu gün "Albiroja" geri qayıdır. Bu, bütün paraqvaylıların arzusunun həyata keçməsidir və buna görə də hamımızın birlikdə qeyd edə bilməyimiz üçün istirahət günü elan edilib!", - dövlət başçısı X sosial şəbəkəsində yazıb.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.biz