"Trabzonspor" hücum xəttini bu oyunçu ilə gücləndirəcək

Xəbərlər
5 Sentyabr 2025 18:46
36
"Trabzonspor" hücum xəttini bu oyunçu ilə gücləndirəcək

"Trabzonspor" əzəli rəqibi "Beşiktaş"dan hücum xəttinə sürpriz transfer etməyə hazırlaşır.

İdman.biz bildirir ki, "Beşiktaş" və "Trabzonspor" Ernest Muçinin 1 illik icarəyə verilməsi ilə bağlı razılığa gəlib. Klubun oyunçunu satın alma opsionu ilə icarəyə götürəcəyi bildirilir.

Muçi və Trabzonspor müqavilə detallarını müzakirə edir.

24 yaşlı futbolçunun "qara-ağlar"la müqaviləsi 2027-ci ilə qədərdir.

İdman.biz