U-16 Gürcüstan yığması ilə yoxlama oyunları keçirəcək

Xəbərlər
5 Sentyabr 2025 19:57
44
U-16 Gürcüstan yığması ilə yoxlama oyunları keçirəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 6-dan 13-dək Bakıda təlim-məşq toplanışında olacaq.

İdman.biz AFFA-ya istinadən bildidir ki, U-16 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar sentyabrın 10-da və 12-də Bakı Olimpiya Stadionunun məşq meydançasında təşkil olunacaq. Hər iki görüş saat 17:00-da başlanacaq.

Millimizə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

Bilal Hacıyev (Qarabağ), Cavidan Babayev (Marcet), Kamal Camalzadə (Neftçi), Uğur Qurbanlı (Qarabağ), Roman Fərzəli (Qarabağ), Vaqif Nəbiyev (Qarabağ), Nicat Əhmədzadə (Marcet), Əhəd Hacızadə (Qarabağ), Cəfər Cəfərzadə (Sabah), Rəsul Balakişiyev (Marcet), Tunar Bayramov (Qarabağ) Ruslan Əbilov (Sabah), Yusif Orucəliyev (Qarabağ), Nihat Hüseynzadə (Sabah), Ömər Kosayev (Sumqayıt), Ruslan Quliyev (Neftçi), Şikar Şikar (Neftçi), Vaqif Məmmədli (Sabah), Mehdi Hüseyn (Qarabağ), Furqan Musayev (Beşiktaş), Firdovsi Şeydayev (Sabah), Raul Hüseynov (Neftçi), Əli Bəşirov (Qarabağ).

İdman.biz