"İmişli" yoxlama oyununda qalib gəlib

Xəbərlər
5 Sentyabr 2025 21:53
46
"İmişli" yoxlama oyununda qalib gəlib

Misli Premyer Liqasının 3-cü turundan sonra yaranan fasilə dövründə "İmişli" və "Cəbrayıl" arasında yoldaşlıq oyunu keçirilib.

İdman.biz qol.az-a istinadən xəbər verir ki, görüş bu gün Bakı Olimpiya Stadionunda baş tutub.

Matç "İmişli"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Premyer Liqa təmsilçisinin heyətində qolları Edvin Bangera, Abbas Ağazadə və Rafael Vieqaş vurublar.

İdman.biz