Luis Suares etdiyi hərəkətə görə peşmandır

Xəbərlər
5 Sentyabr 2025 19:45
33
Luis Suares etdiyi hərəkətə görə peşmandır

"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares Liqa Kubokunun final oyunundan sonra elədiklərinə görə üzr istəyib.

İdman.biz bildirir ki, oyundan sonra meydanda qarışıqlıq düşüb və bu zaman Suares "Sietl" komandasının təmsilçisinin üzünə tüpürüb.

"İlk növbədə, "Sietl Saunders"i Liqa Kubokunu qazanması münasibətilə təbrik etmək istəyirəm. Amma ən çox, oyunun sonunda davranışıma görə üzr istəmək istəyirəm. Baş verməməli olan bir şey oldu. Mən səhv etdim və buna görə səmimi qəlbdən peşmanam. Baş verənlərə görə özümü pis hiss edirəm və fürsəti əldən verməyərək orada baş verənlərə görə özünü pis hiss edən hər kəsdən üzr istəyirəm. Qarşıda bizi hələ çox mövsüm gözləyir və biz bu klubun və onun bütün azarkeşlərinin hər kəsi qucaqlamağa layiq olduğu uğuru əldə etmək üçün birlikdə çalışacağıq”, - deyə Suares sosial mediada yazıb.

İdman.biz