Kilian Mbappe ayın ən yaxşı futbolçusu seçilib

Xəbərlər
5 Sentyabr 2025 20:37
35
Kilian Mbappe ayın ən yaxşı futbolçusu seçilib

"Real Madrid" X sosial şəbəkəsindəki səhifəsində hücumçu Kilian Mbappenin avqust ayında komandanın ən yaxşı oyunçusu seçildiyini bildirib.

İdman.biz xəbər verir ki, ötən ay fransalı futbolçu İspaniya Primerasının üç oyununda üç qol vurub.

Mbappe səsvermədə komanda yoldaşları Vinisius Junioru, Din Heuseni, Aurelien Çouameni və Arda Güləri qabaqlayıb.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında təqdim olunan məlumata görə, oyunçunun bazar dəyəri 180 milyon avrodur.

La Liqanın növbəti turunda "Real Madrid" sentyabrın 13-də "Real Sosyedad"la qarşılaşacaq.

İdman.biz

Məqalədə: