Arif Əsədov: “İnanıram ki, yığmamız ən azı bir xal qazanacaq”

Xəbərlər
5 Sentyabr 2025 17:11
37
Arif Əsədov: “İnanıram ki, yığmamız ən azı bir xal qazanacaq”

“Səfərdə oynayırıq. İlk dəqiqələrdən daha ehtiyatlı oynamaq və çalışıb qol vurmaq lazımdır ki, sonradan komandada inam yaransın”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov yığmanın DÇ-2026 seçmə mərhələsində İslandiya ilə oyunu barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis səfərdən sərfəli nəticə ilə dönməyin mümkün olduğunu qeyd edib: “Millimiz ilk rəsmi oyununa çıxacaq. Çətin qrupa düşmüşük. Hər üç rəqib – İslandiya, Ukrayna və Fransa müxtəlif oyun fəlsəfəsinə malikdir. İslandiyanın özünəməxsus oyun üslubu var. Onlar daha çox atletik futbola üstünlük verirlər, standart vəziyyətlərdən məharətlə istifadə edirlər və ikili mübarizələrdə güclüdürlər. Milli komanda bütün bunları nəzərə almalıdır. Ümumilikdə götürsək, rəqib nə qədər çətin olsa da, bu komandadan xal götürmək mümkündür. İnanıram ki, yığmamız bunun öhdəsindən gələrək ən azı bir xal qazanacaq”.

İdman.biz