Nagelsman məğlubiyyətdən sonra Almaniya oyunçularını tənqid edib

Xəbərlər
5 Sentyabr 2025 05:20
37
Nagelsman məğlubiyyətdən sonra Almaniya oyunçularını tənqid edib

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann komandanın DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Slovakiya ilə oyunda məğlubiyyətindən sonra oyunçuları tənqid atəşinə tutub.

İdman.biz bildirir ki, DÇ-2026 seçmələrində ilk oyununda almanlar Slovakiyaya 0:2 məğlub olublar.

"Heç bir izahım yoxdur. Ümumiyyətlə, hamı başa düşməlidir ki, biz mundiala gedirik və orada yaxşı çıxış etmək istəyirik. Bu gün biz hər şeydə bundan çox uzağıq. Ola bilsin ki, yüksək səviyyəli oyunçulara deyil, hər şeyindən keçməyə hazır olanlara etibar etməliyik. Artıq səviyyə haqda eşitmək istəmirəm. Emosional fədakarlıq olsa, mənim bəsimdir", - Nagelsman deyib.

Növbəti turda Almaniya millisi Şimali İrlandiya ilə qarşılaşacaq

İdman.biz