Bu gün futbol milliləri arasında bir sıra yoldaşlıq görüşləri keçirilib.
İdman.biz xəbər verir ki, Norveç yığması öz meydançasında Halandın 17-ci dəqiqədə vurduğu qol ilə Finlandiyanı məğlub edə bilib - 1:0.
Maraqlı nəticə Səudiyyə Ərəbistanında qeydə alınıb. Səudiyyə millisi Əlbrikan (45) və Əlhamddan (780 qolları ilə Şimali Makedoniyanı məyus edib. Qonaqların cavab qolunu 41-ci dəqiqədə Traykovski vurub.
Bu gün həmçinin Cəbəlüttariq öz meydançasında Albaniyaya minimal hesabla məğlub olub - 0:1. Yeganə topu 69-cu dəqiqədə penaltidən Asani vurub.