“Şalke 04” “Fiorentina”nın hücumçusu Edin Ceko üçün transfer təklifi edib.
İdman.Biz bildirir ki, jurnalist Florian Plettenberq bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Məlumata görə, Almaniya ikinci divizion komandasının baş məşqçisi Miron Musliç artıq bosniyalı hücumçu ilə mümkün transfer barədə danışıb. Bu arada, “Paris”in “Fiorentina”nın oyunçusuna maraq göstərdiyi barədə məlumatlar əvvəllər də yayılmışdı.
Bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 18 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. 2024/25 mövsümündə “Fənərbağça”da oynayan Cekonun 37 oyunda 14 qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Cekonun transfer dəyəri 1,5 milyon avrodur.
