Millinin kapitanı: "Bundan artıq motivasiya ola bilməz" - VİDEO

Xəbərlər
4 Sentyabr 2025 22:20
52
Millinin kapitanı: "Bundan artıq motivasiya ola bilməz" - VİDEO

Nəticəyə sevinib-sevinməyəcəyimizi sabah biləcəyik. Biz qələbə qazanmaq istəyirik.

İdman.biz Reykyavikdən xəbər verir ki, bu sözləri İslandiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov deyib.

Mahmudov komandanın motivasiyasından da danışıb.

"Mən uzun müddətdir ki, kapitanam. Baş məşqçinin istədiyi tərzdə istəyirəm ki, uşaqlarla danışım. Uşaqlarla da çox danışıram. Çalışırıq hamı bir yerdə, bir düşüncə ilə oyuna çıxaq. Millidə oynayırıqsa, bundan artıq motivasiya ola bilməz. Hamımız nəyə görə oynadığımızı başa düşməliyik. Söhbət sadəcə nəticədən getmir. Biz bura yaxşı nəticədən ötrü gəlməliyik", - o, deyib.

İdman.biz