Azərbaycanlı müdafiəçi Turan Manafovun “Stellenboş”la rəsmi müqaviləyə imza atması yubanır.
İdman.biz bildidir ki, iyulda Cənubi Afrika Respublikasına yola düşən həmyerlimiz bir aydan çoxdur sözügedən ölkədədir. Lakin bu günə qədər klub onun keçidini açıqlamayıb.
Səbəb yerli orqanların Turana yaşamaq üçün müvəqqəti icazə sənədini vaxtında verməməsi idi.
Sportinfo.az xəbər verir ki, problem artıq öz həllini tapıb.
27 yaşlı cinah oyunçusu tələb olunan sənədi iki gün əvvəl əldə edib.
İdman.biz