Toni Kroosdan Aleksander İsak barədə kinayəli sözlər - VİDEO

Xəbərlər
4 Sentyabr 2025 18:39
152
Toni Kroosdan Aleksander İsak barədə kinayəli sözlər - VİDEO

Almaniya millisinin keçmiş üzvü Toni Kroos Aleksander İsakın çox tanınmayan futbolçu olduğunu düşünür.

İdman.biz xəbər verir ki, transfer pəncərəsinin sonuncu günü hücumçu İsak “Nyukasl”dan “Liverpul”a 125 milyon funt-sterlinqə keçib və bu, Premyer Liqa tarixində yeni rekorddur.

"Podkast dinləyicilərimizin yarısı onun haqqında heç vaxt eşitməyib. Özünüz fikirləşin. Düzdür, çoxları onu “Borussiya”da olduğu vaxtdan tanıyır. Amma o vaxtlar onun xüsusi heç nə ilə fərqlənmirdi", - Kroos bildirib.

İdman.biz