“Sabah”ın yarımmüdafiəçisi Özbəkistan millisində fərqlənib - FOTO

Xəbərlər
4 Sentyabr 2025 15:51
47
“Sabah”ın yarımmüdafiəçisi Özbəkistan millisində fərqlənib - FOTO

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev heyətində yer aldığı Özbəkistanın U-23 millisində Şri-Lanka yığması ilə oyuna çıxıb.

İdman.biz xəbər verir ki, matça start heyətində başlayan yarımmüdafiəçi Asiya Kubokunun seçmə mərhələsində rəqib komandaya 1 qol vurub.

22 yaşlı yarımmüdafiəçi 38-ci dəqiqədə fərqlənib.

Oyun Özbəkistan yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Qeyd edək ki, Umarali Raxmonaliyev bu ilin yanvarından "Sabah"da oynayır.

İdman.biz