"Tez bir zamanda komandaya uyğunlaşdım".
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Dani Bolt Sportal.az-a açıqlamasında deyib.
Braziliyalı futbolçu komandasının son turdakı “Karvan-Yevlax” üzərində qələbəsi haqda danışıb: “Son matçda qalib gəldiyimiz üçün şadam. Çempionatda asan oyunun olmadığını yaxşı bilirik. Çətin olsa da, qələbə qazanmağı bacardıq. “Qarabağ”a adaptasiyam yaxşı alındı. Tez bir zamanda komandaya uyğunlaşdım. Azərbaycana gəlməmişdən qabaq da, dostlarımla danışmışdım. Baş məşqçimiz bizə necə oynamaq lazım olduğunu dəqiqliyi ilə bildirir. Təəssüratlarım çox yaxşıdır”.
Ağdam klubunun 26 yaşlı müdafiəçisi Çempionlar Liqasının liqa mərhələsində oynayacaqları üçün sevindiyini də söyləyib: “Futbolçu olaraq, Çempionlar Liqası səviyyəsində oynamağı hər zaman gözləyirsən. Biz buna nail olduq. Çempionlar Liqası oyunlarından zövq almağa çalışacağıq”.
İdman.biz