II Liqada mübarizə aparan “Şəki” futbol klubunun baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Pro lizensiyalı Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.
İdman.biz