"Neftçi" PFK AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərarı ağır hesab edir.
İdman.biz bildirir ki, sözügedən qərara əsasən, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış "Neftçi" PFK-nın futbolçusu İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.
"“Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb", - klubdan bildirilib.
İdman.biz