PSJ-dən "Mançester Siti"yə keçən qapıçı Canluici Donnarumma parislilərin baş məşqçisi Luis Enrike ilə münasibətindən danışıb.
İdman.biz bildirir ki, qolkiper Enrike ilə münasibətlərinin həmişə əla olduğunu deyib.
"Klubdakı ilk günümdən o, mənə qarşı dürüst olub. İndi məyusam? Bilmirəm. Hər kəs öz seçimini edir. Məşqçinin qərar vermək hüququ var. Amma ətrafımdakıların, xüsusən də komanda yoldaşlarımın dəstəyi mənə PSJ-yə nə qədər verdiyimi anlamağa imkan verdi. Axı futbolla yanaşı, ətrafımda olanların, komanda yoldaşlarımın da dəstəyi var ki, bu da məni klub üçün etdiklərimlə fəxr etməyə vadar edir”, - Donnarumma bildirib.
İdman.biz