Türkiyə klubu Ramil Şeydayevi transfer etmək istəyir

Xəbərlər
3 Sentyabr 2025 17:51
40
Türkiyə klubu Ramil Şeydayevi transfer etmək istəyir

“Neftçi”nin yollarını ayırmaq istədiyi Ramil Şeydayevin xidmətində Türkiyə klubu maraqlıdır.

İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, azərbaycanlı hücumçu “Serikspor”un maraq dairəsindədir.

Hətta Türkiyə 1-ci liqasında yarışan klubun baş məşqçisi Sergey Yuranın Şeydayevin keçidinə müsbət yanaşdığı bildirilir.

29 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, əsas komandadan uzaqlaşdırılıb və hazırda fərdi qaydada məşq edir.

İdman.biz