Çempionlar Liqasının 2025/2026 mövsümünün favoritləri açıqlanıb

Xəbərlər
3 Sentyabr 2025 05:30
54
Çempionlar Liqasının 2025/2026 mövsümünün favoritləri açıqlanıb

Britaniyanın məşhur “FourFourTwo” jurnalı 2025/2026 Çempionlar Liqasının qalibi olmağa əsas iddiaçıların reytinqini tərtib edib.

İdman.biz xəbər verir ki, siyahıda birinci yeri turnirin hazırkı qalibi PSJ tutub. İkinci yerdə isə son yarışda yarımfinala yüksələn "Barselona" qərarlaşıb. İlk üçlüyü keçən mövsüm 1/8 final mərhələsində rəqabəti tərk edən “Liverpul” tamamlayır.

2025/2026 Çempionlar Liqasının qalibi olmaq üçün əsas 10 əsas namizəd:

1. PSJ;
2. Barselona;
3. Liverpul;
4. Real Madrid;
5. Çelsi;
6. Bavariya;
7. Arsenal;
8. Mançester Siti;
9. Napoli;
10. İnter.

İdman.biz